23 
Okt
2017
09:51
83
42
4003
Virtual karabakh

İtaliyada iki yeni muxtar respublika

23 Okt, 2017
09:51
4003

İtaliyada iki yeni muxtar respublika

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın şimalında yerləşən Lombardiya və Venetonun sakinləri öz bölgələrinin muxtariyyəti lehinə səs veriblər.

Oxu.Az bu barədə “Associated Press”ə istinadən xəbər verir.

Səslərin sayılmasının formal olaraq hələ bitməməsinə baxmayaraq, hər iki bölgənin rəhbəri referendumun nəticəsini elan edib. 

Lombardiyada muxtariyyətinin lehinə 95%, Venetoda isə 98% səs verilib.

Kataloniyadan fərqli olaraq, Lombardiya və Venetoda referendum İtaliya hökuməti tərəfindən razılaşdırılmış və tam qanuni əsaslarla keçirilmişdi.

Agentlik qeyd edir ki, səsvermənin nəticələri İtaliyanın tamlığı və iqtisadi rifahına ciddi zərbə ola bilər. Belə ki, Lombardiya və Venetonun payına İtaliya ÜDM-nin 30%-i düşür, bu bölgələrin əhalisi isə ölkə elektoratının, demək olar ki, dörddə birini təşkil edir.

Xatırladaq ki, oktyabrın 22-də Lombardiya və Venetoda muxtariyyətin genişləndirilməsi haqqında referendum keçirilib. Hər iki bölgənin lideri bölgə maliyyəsinin istifadəsi zamanı daha çox sərbəstlik verən xüsusi statusa nail olmaq istəyir. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri