23 
Okt
2017
15:36
78
26
1627
Virtual karabakh

Kataloniya parlamenti Madridin hərəkətlərinə cavab verəcək

23 Okt, 2017
15:36
1627

Kataloniya parlamenti Madridin hərəkətlərinə cavab verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kataloniya parlamenti oktyabrın 26-da rəsmi Madridin hərəkətlərinə cavab tədbirlərini müəyyənləşdirmək üçün iclas keçirməyi planlaşdırır. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Bildirilir ki, bu görüşdə Kataloniyanın müstəqilliyi elan edilə bilər.

Xatırladaq ki, İspaniya hökuməti oktyabrın 21-də Kataloniya muxtar icmasına qarşı ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək qərarına gəlib. Qanunvericiliyə əsasən, Kataloniyanın bütün rəhbərliyi hakimiyyətdən kənarlaşdırıla, Madrid tərəfindən təyin olunmuş nümayəndəyə keçə və bundan sonra Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər.

İndi İspaniya hökumətinin qərarını Senat oktyabrın 27-nə təyin edilən sessiyada təsdiq etməlidir.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri