23 
Okt
2017
23:29
126
39
2930
Virtual karabakh

Poroşenkoya qarşı sui-qəsd olmayıb – YENİLƏNİB

23 Okt, 2017
23:29
2930

Poroşenkoya qarşı sui-qəsd olmayıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) oktyabrın 22-də Donetsk vilayətinin Avdeyevka şəhərinə səfər zamanı Ukrayna prezidenti Petro Poroşenkoya qarşı hazırlanan sui-qəsdin qarşısının alınmasına dair mətbuatda yayılan məlumatları təkzib edib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu xidmətin sözçüsü Yelena Qitlyansakya bəyan edib.

“Yayılan məlumatlar həqiqətə uyğun deyil”, - deyə Y.Qitlyansakya bildirib.

22:36

Ukraynanın Təhlükəsizlik Xidməti ölkə prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısını alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun bəyanatında bildirilir.

Məlumata əsasən, hadisə Ukrayna liderinin Donetskin Avdeyevka kəndinə səfəri zamanı baş verib. Xüsusi əməliyyat zamanı cinayətkar qruplaşmanın iki üzvü məhv edilib. Onların üzərindən optik nişangah və sursatla birgə “Steyr-Mannlicher” tüfəngi, Makarov tapançası, iki reaktiv tank əleyhinə RPQ-18 qumbaraatanı, iki F-1 əl qumbarası və üç RQD-12 əl qumbarası aşkarlanıb.

Əməliyyat bazar günü keçirilib. Qeyd edək ki, Poroşenko həmin gün Ukraynanın müdafiə naziri Stepan Poltorakla birgə Avdeyevkada əməliyyat müşavirəsi keçirib. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri