24 
Okt
2017
11:57
22
43
1908
Virtual karabakh

Moldova parlamentinin sədri Dodonun yerinə özünü müvəqqəti prezident təyin edib

24 Okt, 2017
11:57
1908

Moldova parlamentinin sədri Dodonun yerinə özünü müvəqqəti prezident təyin edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova parlamentinin sədri Andrian Kandu İqor Dodonun əvəzinə prezident funksiyalarını yerinə yetirəcək.

Oxu.Az bildirir ki, bu barədə Report Moldova parlamentinin sədrinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, A.Kandu Prezident Administrasiyasından parlamentə bütün zəruri sənədlərin daxil olacağı təqdirdə oktyabrın 24-də Eujen Sturzanın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.

Qeyd edək ki, oktyabrın 20-də Moldovanın Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin öz vəzifələrini yerinə yetirməkdən imtina etdiyi halda dövlət başçısı səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icra edilməsinin mümkünlüyü ilə bağlı sorğusuna baxıb.

Məhkəmə İ.Dodonun müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirmək vəziyyətində olmadığını və onun səlahiyyətlərinin parlament sədri və ya baş nazir tərəfindən icra edilə biləcəyini açıqlayıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri