20 
Sen
2017
02:01
297
14
2984
Virtual karabakh

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sen, 2017
02:01
2984

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmada yaranmış böhranı terror aksiyaları ilə mübarizə bəhanəsi altında soyqırımı adlandıırıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Türkiyə prezidenti bunu çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.

"Myanmada təxribat xarakterli terror aksiyaları ilə mübarizə bəhanəsi altında faktiki olaraq etnik zəmində soyqırımı baş verir. Yüzminlərlə qaçqın hətta birinci dərəcəli ehtiyaclarını belə ödəyə bilmir. Suriyada olduğu kimi, hamı susur. Türkiyə bu insanlara kömək etmək üçün səy göstərir. Biz onlara kömək etməsək, bu fəaliyyətsizlik bütün dünya ictimaiyyəti üçün utancverici bir ləkə olacaq", – deyə Ərdoğan əlavə edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri