Dek
2017
12:04
35
359
20562
Virtual karabakh

27 yaşlı azərbaycanlı qadın Türkiyədə dəhşətli cinayət törətdi

2 Dek, 2017
12:04
20562

27 yaşlı azərbaycanlı qadın Türkiyədə dəhşətli cinayət törətdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində 27 yaşlı Azərbaycan vətəndaşı Aysel E. sevgilisi 34 yaşlı Ümid Gökeri qətlə yetirib.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qadın kişinin arxasınca 50 metrə yaxın qaçıb, ona çatanda isə yeddi bıçaq zərbəsi endirib.

Araşdırma zamanı məlum olub ki, Aysel Ümidlə birgə ağır vəziyyətdə olan doqquz aylıq körpəsini həkim müayinəsinə gətirib. Həkimlər  körpədə boğulma əlamətlərini aşkar ediblər və anaya bildiriblər ki, uşağın beyninə oksigen getmir.

Bundan sonra qadın xəstəxanadan çıxıb Ümidin avtomobilinə əyləşib. Çantasından bıçaq çıxardan Aysel sevgilisini vurmaq istəyib. Ümid avtomobildən çıxaraq qaçmağa çalışıb. lakin Aysel ona çataraq yeddi bıçaq zərbəsi endirərək öldürüb. 27 yaşlı Azərbaycan vətəndaşı olan Aysel polis tərəfindən saxlanılıb.

Bildirilir ki, Aysel bundan əvvəl ailəli olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq Ümid Gökerlə birgə yaşamağa başlayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri