12 
Dek
2017
01:08
535
28
5245
Virtual karabakh

Putin və Ərdoğan Trampın qərarını qınadılar

12 Dek, 2017
01:08
5245

Putin və Ərdoğan Trampın qərarını qınadılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin Ankaraya rəsmi səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı qərarını müzakirə ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti nəşri yazır.

“Biz regionda baş verən mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq. ABŞ müsəlman, xristian və hətta yəhudilərin də məyus edən qərar qəbul etdi”, - Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, son günlərdə baş verən toqquşmalara zamanı iki fələstinli ölüb, daha iki mindən çox insan isə yaralanıb.

“İsrail bunu Fələstinə daha çox təzyiq göstərmək üçün şans kimi görür”, - Ərdoğan əlavə edib.

Öz növbəsində Rusiya prezidenti bəyan edib ki, Qüdsün statusu barədə razılıq Fələstin və İsrail arasında aparılan danışıqlar əsasında qəbul olunmalıdır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri