12 
Dek
2017
09:19
34
192
3532
Virtual karabakh

Tramp: Ailə miqrasiyasını dayandırmaq lazımdır

12 Dek, 2017
09:19
3532

Tramp: Ailə miqrasiyasını dayandırmaq lazımdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 11-də Nyu-Yorkda törədilən terror aktı bir daha nümayiş etdirdi ki, ABŞ Konqresi amerikalıları qorumaq üçün müvafiq islahatlar həyata keçirməlidir, o cümlədən miqrasiya sahəsində.

Oxu.Az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. 

“Son iki ay ərzində Nyu-Yorkda iki terror hücumu baş verib. Bu gün cinayəti törədən şəxs ABŞ-a milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqramı vasitəsilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır. Bu zərərli sistemin ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatına vurduğu zərər çoxdan bəllidir”, - bəyanatda deyilir.

Qeyd edək ki, dekabrın 11-də Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, nəticədə 4 nəfər yaralanıb. 27 yaşlı Akayed Ullah 2011-ci ildən qanuni əsaslarla ABŞ-da yaşayır. O, ifadəsində ABŞ-ın Suriya və İraqdakı fəaliyyətini pisləyib, cinayəti qisas məqsədilə həyata keçirdiyini bildirib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri