18 
Dek
2017
10:06
219
306
16842
Virtual karabakh

Livanda Britaniyalı diplomatı zorlayıb, meyitini küçəyə atdılar – TƏFƏRRÜAT

18 Dek, 2017
10:06
16842

Livanda Britaniyalı diplomatı zorlayıb, meyitini küçəyə atdılar – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes Livanda avtomobil yolunun yaxınlığında ölü tapılıb.

Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, polis açıqlamasında şənbə axşamı paytaxt Beyrutun şimal hissəsindəki yol kənarında bir qadın cəsədinin tapıldığı haqda məlumat yayıb.

Açıqlamada ölüm səbəbinin və kimliyinin müəyyən edilməsi üçün cəsədin ekspertizaya aparıldığı deyilib. Ekspertiza sonrası cəsədin İngiltərənin Livandakı səfirliyində çalışan Dykesə aid olduğu üzə çıxıb.

Hadisə ilə bağlı istintaqın davam etdiyi deyilir.

Livan mediasında yer alan xəbərlərə görə, cəsədin yarılması sonrası Dykesə öldürülməmişdən öncə təcavüz edildiyi və ölümünə səbəb kimi boğulduğu göstərilib.

Əvvəllər İraq və Livanda çalışan Dykes 2017-ci ilin yanvarından Livanda İngiltərə hökumətinə aid Beynəlxalq İnkişaf Departamentində fəaliyyət göstərirdi.

***

17.12.2017 (23:09)

Böyük Britaniyanın Livanın paytaxtı Beyrutdakı səfirliyində işləyən diplomatı Rebekka Dayks bazar günü ölü tapılıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən BBC məlumat yayıb.

Qadının meyiti yol kənarında aşkar edilib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri