Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO + YENİLƏNİB
Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO + YENİLƏNİB
Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, yanan avtobusun yan qapısı bloklanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik Казахстан” məlumat yayıb.
“Avtobus dayandı, bütün sürücülər avtobusdan qaçdı. İnsanlar çıxışa doğru qaçırdılar, ancaq yan qapı bloklanmışdı”, –deyə Aktübinsk vilayətinin fövqəladə hallar departamentinin mətbuat xidmətinin nümayəndəsi Vitaliy Sinyov bildirib.
Qeyd edək ki, yanvarın 18-də, səhər saatlarında Qazaxıstanın Aktobe vilayətinin İrqiz rayonunda Samara-Çimkent avtotyolunda sərnişin avtobusu yanıb. Hadisə nəticəsində 52 nəfər həlak olub, yanğından yalnız beş nəfər xilas ola bilib.
Hadisə ilə əlaqədar cinayət işi açılıb.
11:05
Qazaxıstanda sərnişin avtobusu yanıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.
Avtobusda ikisi şofer olmaqla, 57 nəfər olub.
“İkarus” markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb, beş nəfər xilas edilib. Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.
E.Ə.
www.oxu.az