21 
Mar
2018
16:23
134
55
2147
Virtual karabakh

Gerasimov NATO-nun Avropadakı baş komandanı ilə görüşəcək

21 Mar, 2018
16:23
2147

Gerasimov NATO-nun Avropadakı baş komandanı ilə görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti arasında telefon danışığı olub.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanının təşəbbüsü ilə baş tutub. K.Skaparotti V.Gerasimova görüş keçirməyi təklif edib. V.Gerasimov görüş keçirilməsi barədə təklifi dəstəkləyib.

Rusiya Müdafiə Nazirliyi V.Gerasimov və K.Skaparotti arasında görüşün konkret nə zaman və harada keçirilməsi barədə razılığa gəlindiyini açıqlamayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri