14 
May
2014
09:17
25
200
21133
Virtual karabakh

Türkiyədə faciə: Ölənlərin sayı 201-ə çatıb - FOTO + VİDEO + YENİLƏNİB

14 May, 2014
09:17
21133

Türkiyədə faciə: Ölənlərin sayı 201-ə çatıb - FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Partlayış baş verən an şaxtada 787 insan olub.

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. 

Ölən və yaralıların sayının artacağı istisna olunmur.

Partlayış baş verən an şaxtada 787 insan olub. 

Xilasetmə əməliyyatı davam edir.

21:30 - 13.05.2014

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə partlayış baş verib, nəticədə şaxta uçub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Oxu.Az-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur.

İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub.

Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.    

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri