31 
Mar
2018
15:52
48
714
6602
Virtual karabakh

Qəzzada toqquşma: Ölənlər var – FOTO + VİDEO – YENİLƏNİB

31 Mar, 2018
15:52
6602

Qəzzada toqquşma: Ölənlər var – FOTO + VİDEO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinli etirazçılar arasında baş vermiş toqquşmalarda 17 nəfər həlak olub.

Oxu.Az “Life.ru”ya istinadən xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur açıqlama verib.

Müşahidəçinin sözlərinə görə “Böyük qayıdış” yürüşünə İsrail hərbçiləri güc tətbiq etməklə cavab verib. Sərhədə snayperlər və tanklar göndərilib.

“Son məlumatlara görə, 17 fələstinli qətlə yetirib, onların arasında yaşı 16-dan az olan uşaqlar var. 1500-ə yaxın insan yaralanıb” deyə Riyad Mənsur bildirib.

Qəzza bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında yaxın zamanda iclasın keçiriləcəyi gözlənilir.

00:43

Qəzza bölgəsinin işğal olunmuş şərq hissəsində İsrail hərbçiləri ilə baş vermiş toqquşmalarda həlak olan fələstinlilərin sayı 16 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Son məlumatlara görə, “Böyük qayıdış” yürüşündən sonra yaşanan qarşıdurmada ümumilikdə 1400-ə yaxın insan yaralanıb. İsrail ordusu hərbçilərin “təxribat salan” fəallara atəş açdığını təsdiqləyib.

Bundan başqa İsrail ordusu “Həmas” hərəkatının müxtəlif obyektlərinə, həmçinin “İslam cihadı” qruplaşmasının mövqelərinə  artilleriya zərbələri endirib.

19:57

Qəzza zolağında minlərlə fələstinli altı həftəlik etiraz aksiyası çərçivəsində İsrail sərhədinə yürüş edib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, İsrail hərbiçilərinin açdığı atəş nəticəsində azı 8 nəfər ölüb, mindən çox insan  yaralanıb.

İsrail ordusu yürüşü  altı müxtəlif nöqtədə baş verən “iğtişaşlar” kimi qələmə verib və yalnız əsas təxribatçı fəallara atəşin açıldığını bəyan edib.

“Böyük qayıdış” yürüşündə iştirak edən fələstinlilərin hazırda İsrail sərhədi yaxınlığında beş məntəqədə çadır düşərgəsi qurduğu bildirilir.

Aksiya iştirakçılarının İsrail hökumətindən əsas tələbi qaçqınların doğma vətənlərinə qayıtmalarıdır.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri