Apr
2018
19:46
103
129
2372
Virtual karabakh

Çində Bibliyanın satışı qadağan olundu

6 Apr, 2018
19:46
2372

Çində Bibliyanın satışı qadağan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin hökuməti ölkənin internet mağazalarında Bibliyanın satışını qadağan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “UCA News” məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda “Taobao”, “Amazon” və onun çin analoqu olan “Dagdang”dan xristiyanların müqəddəs kitabını almaq mümkün deyil.

İstifadəçilər açar sözləri axtarış sisteminə daxil etdikdə belə bir yazı çıxır:

“Bağışlayın! Bu kateqoriyaya aid heç bir məhsul tapılmadı”

Nəşrin bildirdiyinə görə, Çində Bibliyanın satışına ancaq rəsmi xristiyan kilsələrində icazə verilir. Qadağa çoxdan qüvvədə olsa da, onun internet üzərində satışına nədənsə nəzarət olunmurdu.

Qadağanın martın 31-dən etibarən qüvvəyə mindiyi bildirilir. Bundan dörd gün sonra isə hökumət son 21 il ərzində ilk dəfə olaraq etiqad azadlığı haqqında sənəd dərc edib.

 Həmin sənəddə Çində dini etiqad üzrə əhalinin sayı göstərilib. Məlum olub ki, Çində 200 milyona yaxın insan Tanrıya inanır. Onlardan 38 milyonu protestant, 6 milyonu katolik, 20 milyonu müsəlmandır.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri