Apr
2018
01:04
239
58
2866
Virtual karabakh

Rusiya XİN: ABŞ-ın sanksiyalarına sərt cavab verəcəyik

7 Apr, 2018
01:04
2866

Rusiya XİN: ABŞ-ın sanksiyalarına sərt cavab verəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ABŞ-ın qəbul etdiyi yeni sanksiyaları cavabsız qoymayacaq, cavab daha sərt olacaq. Moskva ilə sanksiya dilində danışmaq olmaz.

Oxu.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin bəyanatında deyilir.

“Dəfələrlə qeyd etmişik ki, heç bir təzyiq ölçüsü Rusiyanı tutduğu kursdan döndərməyəcək. Bu təzyiqlər əksinə ABŞ-ın qarşıya qoyduğu məqsədlərə nail olmaqda bacarıqsızlığını nümayiş etdiri və rusiya cəmiyyətinin daha da güclənməsinə vəsilə olur.

Əlbəttə ki, bu və ya hər hansı digər anti-rusiya çıxışını cavabsız qoymayacağıq. Bizimlə sanksiya dilində danışmaq olmaz. Vaşinqtona bu illüziyadan tez bir zamanda qurtulmağı tövsiyə edirik” deyə bəyanatda qeyd olunur.

F.M
www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri