Apr
2018
02:18
160
48
4603
Virtual karabakh

Rusiya “Telegram”ı bağlayır

7 Apr, 2018
02:18
4603

Rusiya “Telegram”ı bağlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Telegram” messencerinin yaradıcıları ilə Rusiya hökuməti arasında çəkişmələr davam edir.

Oxu.Az  BBC-yə istinadən xəbər verir ki, Moskva sözü gedən  proqramı ölkədə bloklamaq niyyətindədir.  

Aprelin 6-da, “Roskomnadzor”un nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, internet provayderlərinin  istifadəçilərin “Telegram Messenger” informasiya resurslarına girişini məhdudlaşdırmasını tələb edib.

Buna səbəb şirkətin şəxsi ismarıcların deşifrələnməsinə imkan verən kodlaşma açarlarını Moskvaya təqdim etməkdən imtina etməsidir.

Rusiyanın Federal təhlükəsizlik xidməti, kodlaşma açarlarını dövlətə qarşı terror və cinayət əməlləri planlaşdıran şəxslərin yazışmalarını ələ keçirmək, terrorçuları ifşa etmək üçün  istədiyini açıqlayıb.  

Moskva sözügedən açarların təslim edilməsi üçün Dubayda qərarlaşan şirkətə aprelin 4-ə kimi vaxt vermişdi.

“Telegram” təsisçisi Pavel Durov hələ ötən ay, Moskvanın çağırışlarına rədd cavabı verərək, şirkətin hər zaman azadlıq və şəxsi məlumatların toxunulmazlığı prinsiplərinə sadiq qalacağını bildirmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri