18 
May
2018
19:20
40
737
5749
Virtual karabakh

Rusiya Ermənistana RLS göndərib

18 May, 2018
19:20
5749

Rusiya Ermənistana RLS göndərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ordunun yenidən silahlandırılması proqramı çərçivəsində Ermənistandakı hərbi bazasını “Kasta-2-1” radiolokasiya stansiyası (RLS) göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə “Zvezda” məlumat yayıb.

Alçaq hündürlüklü səyyar “Kasta-2-1” RLS-i hava hücumundan müdafiə sistemlərinin, sərhəd nəzarət sistemlərinin, çevik reaksiya qüvvələrinin informasiya təminatı məqsədi ilə, həmçinin mülki aviasiyanın marşrutlarının idarə olunması sistemləri üçün istifadə oluna bilər.

“Kasta-2-1” RLS-i uçuş məsafəsini, azimutunu ölçə, aşağı yüksəkliklərdə uçan təyyarələrin, helikopterlərin, pilotsuz uçan aparatların, qanadlı raketlərin dövlət mənsubiyyətini müəyyən edə bilir.

“Kasta-2-1” RLS-nın  dağlıq və yüksək dağlıq rayonlarda,dəniz səviyyəsindən  1,5 min kilometr yüksəklikdə tətbiqi daha effektivdir. Stansiya  + 50 dərəcədən aşağı temperatur, 98 faizə qədər rütubət və 25 metr/saniyəyə qədər sürəti olan küləkli hava şəraitində istismara yararlıdır.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri