20 
İyn
2018
19:03
166
33
2502
Virtual karabakh

Ukraynada azərbaycanlı soyğunçu dəstə ifşa olunub

20 İyn, 2018
19:03
2502

Ukraynada azərbaycanlı soyğunçu dəstə ifşa olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın hüquq mühafizə orqanları soyğunçuluq məqsədilə cütlüyə hücum etmiş Azərbaycan vətəndaşlarını həbs edib.

Oxu.Az xəbər verir ki, bu haqda Lvov vilayətinin polis idarəsinin yaydığı məlumatda deyilir.

İyunun 19-da Brodovsk polis şöbəsinə xəstəxanaya açıq kəllə beyin travması diaqnozu ilə 59 yaşlı kişi və qapalı kəllə beyin travması və baş nayihəsinin xəsarətləri ilə 66 yaşlı qadının daxil olduğu ilə bağlı məlumat verilib.

Polis əməkdaşları həmin şəxslərin bədən xəsarətlərini yaşadıqları ünvanda aldıqlarını müəyyən edib. Məlumata görə, 23:00 radələrində qadının olduğu evə naməlum şəxslər basqın edib.

Onları qadının başına küt dəmir alətlə zərbə endirib. Aldığı zərbədən qadın huşunu itirib. Cinayətkarlar bu müddət ərzində evdə axtarış apararaq, 1000 qriven və 500 ABŞ dolları dəyərində zinət əşyaları və televizoru oğurlayıb.

Soyğunçular evi tərk etdikdən sonra qadın onunla birgə yaşayan kişinin də yerdə qan içində əlləri skotçlanmış vəziyyətdə aşkarlayıb.

Həmin gün Jitomir vilayətində polis əməkdaşları isti izlərlə 3 cinayətkarı yaxalayıb. Dəstənin dördüncü üzvü isə iyunun 20-də ələ keçib. Onların hamısı 36-50 yaşlarında olan və Ukrayna ərazisində qanunsuz yaşayan Azərbaycan vətəndaşlarıdır.

Cinayətkarları 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri