Avq
2018
16:00
27
314
4713
Virtual karabakh

İndoneziyada zəlzələ: Yüzlərlə insan fəlakətdən qaçır - YENİLƏNİB

6 Avq, 2018
16:00
4713

İndoneziyada zəlzələ: Yüzlərlə insan fəlakətdən qaçır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziyanın Lombak və Bali adalarında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 142-yə çatıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Mirror” nəşri məlumat yayıb. 

Eyni zamanda, Lombak adasının yaxınlığındakı Qili Travanqan kurort adasında turistlər gəmi və qayıqlarla etəxliyyə edilir. Artıq 350 turist təxliyyə edilib, 600 nəfər isə xilas edilməsini gözləyir. 

İndoneziya təbii fəlakətlərin nəticələri ilə mübarizə departamentinin rəhbəri Sutopo Purvo Nuqroxo “Twitter” hesabında evakuasiya gözləyən turistlərin görüntülərini yayımlayıb.

08:42

İndoneziyanın şimalında – Lombak adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Oxu.Az-ın xəbərinə görə, Beynəlxalq Təbii Fəlakət İdarəçiliyi Agentliyinin sözçüsü Sutopo Purvo Nugroho bildirib ki, qurbanların çoxu evlərin uçması nəticəsində dağıntılar altında qalıb.

Yüzdən çox yaralı var. Ölü sayının artacağı istisna edilmir. Mindən çox ev dağılıb.

Zərərçəkənlərin adyal, çadır və qida ilə təmin edilməsi istiqamətində işlər görülür.

23:38

İndoneziyanın şərqindəki Lombak adasında baş verən 7 bal gücündəki zəlzələ nəticəsində 39 nəfərin öldüyü bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Qərbi Nusa Tenggara Bölgəsi Fəlakətlə Mübarizə Dairəsinin rəhbəri Məhəmməd Rum yayıb.

Zəlzələ Lombakdan 27 kilometr şimal-şərqdə olub və episentri 15 km dərinlikdə yerləşib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri