26 
Sen
2018
10:16
454
18
17850
yuxarı
Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi
26 Sen, 2018
10:16
17850
454
18
Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi
İki ay əvvəl Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və orada həbs olunan Umut Ali Özmən azadlığa buraxılıb.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, azadlığa buraxıldıqdan sonra Umut atası Mustafa Özmənlə nahar edib.
“Anam, bacım, nənəm üçün çox darıxmışam. Tezliklə evimə qayıtmaq istəyirəm. Anamın yeməkləri üçün darıxmışam”, - Umut Ali bildirib.
O, pasport əməliyyatları bitdikdən sonra Gürcüstandan Türkiyəyə dönəcək.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, yeniyetmənin ekstradisiyasını tələb etmişdi.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək