17 
Okt
2018
10:13
8
32
3389
Virtual karabakh

ABŞ prezidenti: Putinə dedim ki, bu, qəbuledilməzdir

17 Okt, 2018
10:13
3389

ABŞ prezidenti: Putinə dedim ki, bu, qəbuledilməzdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ABŞ-da seçkilərə müdaxilənin qəbuledilməz olduğunu deyib.

Oxu.Az-ın xəbərinə görə, Ağ Evin lideri bu barədə “Fox Business”ə müsahibəsində danışıb.

“Mən dedim ki, bundan sonra heç bir müdaxilə olmamalıdır”, -  Tramp qeyd edib. 

ABŞ prezidenti bildirib ki, Putin buna cavab olaraq rəsmi Moskvanın seçkilərə təsir etməyə çalışmadığını vurğulayıb.

Tramp ehtimal edir ki, Putin ABŞ prezidenti postunda Hillari Klintonu görmək istəyirdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri