23 
Okt
2018
20:36
307
89
20208
Virtual karabakh

Qıza bahalı maşın və evlilik təklif edən oğlan rədd cavabı aldı - VİDEO

23 Okt, 2018
20:36
20208

Qıza bahalı maşın və evlilik təklif edən oğlan rədd cavabı aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində qız insanların gözü qarşısında imkanlı oğlanın evlənmə təklifini rədd edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb. 

Oğlan qıza “Lamborghini” markalı avtomobil də hədiyyə etsə belə, qarşı tərəfin müsbət cavabına nail ola bilməyib. Oğlanın dizə çökərək evlənmə təklifinə rədd cavabı verən xanım “Bağışla, istəmirəm” deyə bildirib.

Lakin oğlan fikrindən dönmək niyyətində olmayıb. Onun “Çoxlu pulum var, nə qədər istəsən, o qədər sənə avtomobil ala bilərəm. Mənə ərə gəl” yalvarışına qız “Nə olsun ki, pulun var?” deyərək rəfiqəsi ilə birlikdə görüş yerini tərk edib. 

Qəzəblənən oğlan isə gül buketini səhnəni lentə alanlardan birinə atıb və nişan mərasimi üçün hazırladıqlarını dağıtmağa başlayıb.

 

 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri