28 
Okt
2018
21:47
193
40
9474
Virtual karabakh

Exit-poll: Gürcüstanda seçkilərdə müxalifət səslərin 40 faizini toplayır

28 Okt, 2018
21:47
9474

Exit-poll: Gürcüstanda seçkilərdə müxalifət səslərin 40 faizini toplayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güscüstanda prezident seçkilərində aparılan exit-poll sorğusunun nəticələri açıqlanıb. 

Oxu.Az xəbər verir ki, ABŞ-ın nüfuzlu Edison Research şirkətinin keçirdiyi exit-poll soğrusunun nəticələri seçkilərin ikinci turunu vəd edir. 

Exit-poll-un nəticələrinə görə, hakim partiyanın dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə Vahid Milli Hərəkat partiyasının sabiq üzvü, 11 müxalifət partiyasının yaratdığı “Güc birlikdədir” birliyinin lideri Qriqol Vaşadze hərəsi 40 faiz səs toplayıb. 

“Avropalı Gürcüstan” partiyasının lideri David Bakradzeyə isə seçicilərin 10 faizi səs verib. 

Qaydalara əsasən, namizədlərdən heç biri 50 faiz səs toplamasa, seçkilərin ikinci turu keçiriləcək. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri