Noy
2018
11:09
19
263
13736
Virtual karabakh

Kaşıkçının bədəninin turşu ilə məhv edildiyi təsdiqləndi

2 Noy, 2018
11:09
13736

Kaşıkçının bədəninin turşu ilə məhv edildiyi təsdiqləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hökuməti əmindir ki, səudiyyəli jurnalist Camal Kaşıkçının qatilləri onun bədənini turşu ilə məhv edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Washington Post” nəşri məlumat yayıb. 

“Kaşıkçının cəsədini dəfn etməyə ehtiyac yoxdur”, - nəşrin Türkiyədən olan mənbəsi bildirib. 

Məlumatlara görə, cəsəd Səudiyyə Ərəbistanının baş konsulluğunda və ya qonşuluqda yerləşən baş konsulun iqamətgahında məhv edilib. 

Xatırladaq ki, Türkiyənin baş prokuroru İrfan Fidan bir müddət öncə verdiyi açıqlamada bildirmişdi ki, Kaşıkçı boğularaq öldürülüb. İlkin ehtimallara görə, o, konsulluq binasına girən kimi qatillər tərəfindən boğulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri