Noy
2018
22:12
42
600
32214
Virtual karabakh

ABŞ-da cütlük toydan iki saat sonra öldü - YENİLƏNİB + VİDEO

5 Noy, 2018
22:12
32214

ABŞ-da cütlük toydan iki saat sonra öldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnternetdə Uill Beyler və Beyli Akermanın həyatının son saatlarının əks olunduğu görüntülər yayılıb. 

Oxu.Az xəbər verir ki, cütlük nikah mərasimindən sonra helikopterə minib. 

Havaya qalxan helikopter bir müddət sonra qayaya çırpılıb. Beyler və Akerman, habelə helikopterin pilotu qəza nəticəsində ölüblər.

15.44

ABŞ-ın Texas ştatında cütlük toydan iki saat sonra helikopterin qəzaya uğraması nəticəsində ölüblər. 

Oxu.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Uill Beyler və onun həyat yoldaşı Beyli Akerman toy mərasimini helikopterlə tərk ediblər. 

Qısa müddət sonra helikopter qayaya çırpılıb, hadisə zamanı cütlük və pilot ölüb. 

Xilasedicilər helikopterin qalıqlarını və ölənlərin cəsədlərini səhər aşkar ediblər. 

Ailənin dostları bildiriblər ki, Uill və Beyli çox xoşbəxt olublar, toyları isə nağılı xatırladıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri