Noy
2018
00:55
253
27
10142
Virtual karabakh

Yeni Zelandiyada balıqçı dənizdən körpə uşaq çıxarıb

Yeni Zelandiyada balıqçı dənizdən 1,5 yaşlı uşağı çıxarıb. 

Oxu.Az xəbər verir ki, o öncə dalğaların üzərində oyuncaq olduğunu düşünüb, sonra isə uşaq olduğunu görüb. 

Məlum olub ki, uşağın valideynləri yaxınlıqda yerləşən düşərgədə yatan zaman körpə gizlincə çadırdan çıxıb və dənizə doğru gedib. O, dənizdə cəmi 15 metr üzə bilib.

Balıqçı bildirib ki, bir dəqiqə geciksəydi, uşağa kömək edə bilməyəcəkdi.

Polis səhlənkar valideynləri məsuliyyətə cəlb etmək niyyətində deyil. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri