Noy
2018
11:34
186
25
5168
Virtual karabakh

İsrail televiziyasında müzakirələr: Ermənistanda silahlılar da deputat ola bilər

7 Noy, 2018
11:34
5168

İsrail televiziyasında müzakirələr: Ermənistanda silahlılar da deputat ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya-Ermənistan münasibətləri KTMT baş katibinin seçiminə də təsir edir. 

Oxu.Az xəbər verir ki, bu fikirləri İsrailin “Iland.TV” kanalında çıxışı zamanı rusiyalı politoloq Qriqoriy Trofimçuk deyib. 

Onun sözlərinə görə, Moskva və Yerevan arasında həll edilməmiş məsələlər var. 

“Xüsusən də, bu, Ermənistan ərazisindəki ABŞ bioloji laboratoriyası ilə bağlıdır. Guya Nikol Paşinyan rusiyalı mütəxəssislərin və jurnalistlərin oraya girişinə icazə verib, ancaq məsələ hələ də gərgin olaraq qalır.

Ermənistanda gözlənilən parlament seçkiləri, sözsüz ki, bu problemi ağırlaşdıracaq, çünki ölkədəki xaos daha da genişlənəcək. Ermənistanda yeni hökumət tərəfindən azadlığa buraxılan “Sasna tsrer” silahlıları da deputat seçilə bilər”, - ekspert canlı yayımda bildirib. 

O qeyd edib ki, bütün bu faktorlar birbaşa olaraq, KTMT baş katibi postuna seçkilərin ləngiməsinə səbəb olacaq. 

“Paşinyan seçkilərədək kəskin hərəkətlər etməyəcək. Bu gün onsuz da Ermənistandakı vəziyyət sakit deyil”, - Trofimçuk əlavə edib. 

Belarusun hansı səbəblərdən KTMT baş katibliyi postunu qorumaq istəməsi ilə bağlı suala rusiyalı politoloq cavab verib ki, Minsk hər zaman konkretliyə nail olmağa çalışır. 

“Bu, təkcə KTMT-də deyil, digər məsələlərdə də belədir. Belarus başa düşür ki, bu hərbi-siyasi təşkilatın baş katibinin seçkilərinin ləngidilməsi yolverilməzdir. Və ümumiyyətlə, Aleksandr Lukaşenko bu gün Ermənistanda baş verən hadisələrə birbaşa reaksiya verir. Belarus prezidenti görür ki, vəziyyət normal deyil”, - rusiyalı ekspert qeyd edib.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri