13 
Noy
2018
10:28
56
135
7339
Virtual karabakh

HƏMAS-ın mənzil-qərargahının məhv edilmə anı - VİDEO

13 Noy, 2018
10:28
7339

HƏMAS-ın mənzil-qərargahının məhv edilmə anı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail ordusu noyabrın 12-si günün ikinci yarısında və noyabrın 13-nə keçən gecə aviasiya və artilleriya zərbələri ilə Qəzza zolağından gələn raket atəşlərinə cavab verib.

Oxu.Az-ın Life.ru-ya istinadən məlumatına görə, hərbçilər öz “Twitter” səhifələrində Qəzza  zolağında HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahının məhv edilməsinə dair videogörüntülər yayımlayıblar.

“Qəzza zolağından terrorçuların bizə yönəltdiyi 300 raket zərbəsinə qarşı HƏMAS-ın hərbi kəşfiyyatının mənzil-qərargahına zərbələr endirdik. Məhz həmin qərargahda HƏMAS xüsusi əməliyyat qrupu israillilərə hücum etmək üçün informasiya toplayırdılar. HƏMAS qəsdən öz qərargahını məktəbin yaxınlığında yaradıb”, - deyə videogörüntülərdə qeyd edilir.

Xatırladaq ki, bundan öncə İsrail aviasiya qüvvələri “Əl-Əksa” telekanalının binasını və Qəzza zolağının mərkəzində yerləşən “Amal” mehmanxanasını zərbələr endirmişdilər. Onlar bunu həmin binalarda HƏMAS qüvvələrinin yerləşməsi ilə əsaslandırmışdılar.

Həmçinin, İsrail ordusu ölkə şəhərlərinin HƏMAS və “İslam cihadçıları” təşkilatının üzvləri tərəfindən atəşə tutulması barədə videogörüntülər dərc etmişdilər. İsrail tərəfinin verdiyi məlumata görə, fələstinlilərin açdığı atəş nəticəsində 53 israilli həlak olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri