13 
Noy
2018
12:33
161
24
14526
Virtual karabakh

Ərdoğan Kaşıkçının qətli barədə: Kəşfiyyatçılar şoka düşdülər - VİDEO

13 Noy, 2018
12:33
14526

Ərdoğan Kaşıkçının qətli barədə: Kəşfiyyatçılar şoka düşdülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfərdən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında bir çox məsələlərə, o cümlədən Camal Kaşıkçının öldürülməsi cinayəti ilə bağlı suallara aydınlıq gətirib.

Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan Donald Trampla şam yeməyində Kaşıkçı cinayətindən danışdıqlarını bildirib.

“Camal Kaşıkçının öldürülməsi cinayəti ilə bağlı məsələni ABŞ prezidenti Donald Trampla müzakirə edən zaman oraya Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronu da dəvət etdik”.

Ərdoğan bildirib ki, bu cinayətin əvvəlcədən planlaşdırıldığını, əmrin Səudiyyə Ərəbistanı krallığının yüksək vəzifəliləri tərəfindən verildiyini qeyd edib:

“Qətllə bağlı əmri verənin kimliyinin bilinməsini istəyirik. Trampa qatillərin başqa yerdə olmadığını da söylədim. Bildirim ki, qatil tutulan 18 nəfərin içərisindədir. Onlara dedim ki, Camal Kaşıkçı Baş Konsulluğun qarşısında onu gözləyən nişanlısını götürmədən, başqa qapıdan necə çıxıb gedə bilər? Bu cinayətlə bağlı bütün hadisələr, baş verənlər ortadadır. 

Belə görüşlərdə siyasətçilər ediləcəklərin, edəcəklərinin cavabını tez vermirlər. Onlar lazım olan dəyərləndirmənin ardından uyğun addımlar atırlar. Tramp, Makron və Merkelin davranışlarından bu cinayətdən çox narahat olduqlarını hiss etdim. ABŞ Konqresi bu məsələ ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsindən məlumat istəyib. Bu məlumatlandırma həyata keçirildikdən sonra cinayətə baxışın dəyişəcəyini düşünürəm”.

Türkiyə prezidenti ABŞ, Britaniya, Kanada, Almaniya və Fransa liderlərinin C.Kaşıkçı öldürülən zaman qeydə alınan səs yazılarını dinlədiklərini vurğulayıb:

“Bu cinayətlə bağlı səs yazılarını bizdən istəyənlərin hamısına dinlətdik. Kəşfiyyat təşkilatımız heç nəyi gizlətmədi. Səudiyyə Ərəbistanı da daxil olmaqla, ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərə - kim istədi, hamısına biz bunu dinlətdik. Həmin səs yazısı, doğrudan da, dəhşətlidir. Hətta Səudiyyə kəşfiyyatçıları bu səs yazısını dinlədikdə şoka düşəcək qədər heyrətləndilər və dedilər ki, hər halda bu heroin qəbul edib, bunu heroin qəbul edən biri edə bilər”.

“Bu hadisəni qarışdırıb, bizi çaşdırmaq üçün çalışan qüvvələr də var. Kaşıkçının cəsədinin aqibəti necə oldu? Basdırıldısa, harada basdırıldı. Parçalanıb qaçırıldımı? Biz beynəlxalq səviyyədə bu hadisənin araşdırılmasını davam etdirəcəyik”, - deyə Ərdoğan jurnalistlərə bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri