13 
Noy
2018
12:43
116
146
2986
Virtual karabakh

Kaliforniyada dəhşətli yanğınlar: 42 ölü - VİDEO

13 Noy, 2018
12:43
2986

Kaliforniyada dəhşətli yanğınlar: 42 ölü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatında bir neçə gündür davam edən güclü meşə yanğınları qurbanlarının sayı 42 nəfərə çatıb.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kaliforniya dairəsinin şerifi Byutt Kori Xonea məlumat verib.

“Bu gün daha 13 cəsəd aşkarlanıb. Bu 13 nəfərdən onunun cəsədi Paradays şəhərində, 3 cəsəd isə Konkou şəhərində  tapılıb”, - deyə Xonea bildirib.

Qeyd edək ki, Kaliforniyanın şimalında Camp Fire meşə yanğını cümə axşamı başlayıb və ştatın tarixində ən dağıdıcı yanğın hadisəsi hesab edilir.

KİV-in məlumatına görə, 6,4 min ev yanıb, 15 min ev təhlükə qarşısındadır. Alov 45 min hektar sahəni əhatə edib. 3,5 mindən çox insanın sığınacaqlara yerləşdirildiyi bildirilir. 

ABŞ prezidenti Donald Tramp yanğınlara görə Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri