15 
Noy
2018
09:44
13
143
4663
Virtual karabakh

ABŞ-ın müharibələrə nə qədər pul xərclədiyi hesablandı

15 Noy, 2018
09:44
4663

ABŞ-ın müharibələrə nə qədər pul xərclədiyi hesablandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ 2001-ci ildən etibarən hərbi sahəyə 5,9 trilyon dollar xərcləyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Braun Universitetinin professoru Neta Kraufordun araşdırmasında bildirilir.

Alim apardığı tədqiqatda təkcə Pentaqonun deyil, həmçinin ABŞ Dövlət Departamentinin xərcləri, eləcə də, müharibə veteranlarına xərclənən vəsait, müharibəyə görə borcun faizləri və terrorla mübarizəyə xərclənən pulları hesablayıb.

Krauford qeyd edir ki, ABŞ 2023-cü ilə qədər müharibələrdə iştirakını dayandırsa, həmin zaman ölkə artıq 6,7 trilyon dollar xərcləyəcək. 

Xatırladaq ki, bundan əvvəl Pentaqon ABŞ-ın hərbi xərclərinin 1,7 trilyon dollar olduğunu bəyan etmişdi.

Krauford araşdırmasında qeyd edib ki, ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlar 380 min insanın həyatına son qoyub. Onlardan 244 min nəfəri dinc sakindir. On milyona yaxın insan öz evini tərk etməyə məcbur olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri