15 
Noy
2018
11:47
138
24
7040
Virtual karabakh

Kadırov tapançasına status yazdı, “blok” edildi

15 Noy, 2018
11:47
7040

Kadırov tapançasına status yazdı, “blok” edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.

“Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün  düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, - deyə Kadırov öz postunda yazıb.

Səhifə bağlandıqdan sonra Kadırov öz “Telegram” kanalında bu postu 2017-ci ilin dekabrında  yazdığını, lakin dərc etmədiyini bildirib.

Kadırovun “Instagram” və “Facebook”dakı səhifələri ötən il onun “Maqnitski siyahısına” salınmasından bir neçə gün sonra bloka düşmüşdü. ABŞ-ın bu “qara” siyahısına insan haqlarını pozan dövlət rəhbərlərinin adları daxil edilir.

Kadırov bu addımdan sonra Çeçenistana məxsus sosial şəbəkədə qeydiyyatdan keçərək səhifəsinin bloklanması ilə milyonlarla izləyicisinin ona birbaşa müraciət etmək və ilk mənbədən informasiya almaq imkanından məhrum olduğunu yazıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri