16 
Noy
2018
22:30
14
241
6193
Virtual karabakh

Niderlandda Qarabağ bəyanatına görə məhkəmə hökmü dəyişmədi

16 Noy, 2018
22:30
6193

Niderlandda Qarabağ bəyanatına görə məhkəmə hökmü dəyişmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın barəsində məhkəmə hökmü qüvvədə qalıb. 

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, Zvolle şəhərinin məhkəməsi İ. Aşkının birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətini təmin etməyib.

Diaspor təşkilatının rəhbəri bildirib ki, barəsində verilmiş qərardan yüksək instansiya məhkəməsinə şikayət edəcək. O, geri çəkilmək niyyətində olmadığını və ehtiyac yaranacağı təqdirdə İnsan haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, İ. Aşkın 2014-cü ildə Almelo şəhərində keçirilən mitinqdə çıxışı zamanı “Qarabağ ermənilərin məzarı olacaq” dediyinə görə məhkəmə ötən il onun 120 saat məcburi ictimai işlərə cəlb edilməsi barədə qərar çıxarıb. Niderland məhkəməsi İ. Aşkının sözlərində ermənilərə qarşı nifrət və zorakılığa çağırış görüb.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri