30 
Noy
2018
09:20
154
43
2365
Virtual karabakh

ABŞ Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham etdi

30 Noy, 2018
09:20
2365

ABŞ Rusiyanı Ukraynaya qarşı təcavüzdə ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Senatı Rusiyanın Kerç boğazındakı vəziyyətlə bağlı Ukraynaya qarşı təxribat fəaliyyətini qınayan qətnamə qəbul edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Hill” nəşri məlumat yayıb. 

Sənəd respublikaçı Ron Cons və demokrat Kris Merfi tərəfindən təklif edilib. Senat sənədi yekdilliklə qəbul edib. 

Cons deyib ki, Senat birmənalı şəkildə Ukrayna xalqını, hökumətini və bu ölkənin ərazi bütövlüyünü dəstəkləməyə hazır olduğunu göstərib. Merfi isə bildirib ki, Senat Azov dənizində Ukraynaya qarşı təcavüzə imkan verməyəcəyini aydın izah edib. 

O bildirib ki, bu məsələnin müzakirəsini G20 sammiti çərçivəsində Putin və Trampla davam etdirəcək. 

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.

Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri