Dek
2018
10:09
312
32
4072
Virtual karabakh

BMT-dən Fələstinə dəstək

1 Dek, 2018
10:09
4072

BMT-dən Fələstinə dəstək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bütün sənədlər səs çoxluğu ilə qəbul edilib. 

ABŞ, İsrail, Kanada və Avstraliya qətnamələrin əleyhinə səs veriblər.

Sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq probleminin nizamlanmasına kömək etməyi nəzərdə tutur.

Baş Assambleya, xüsusilə, “Fələstin probleminin sülh yolu ilə həll olunması” sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçinin Fələstin-İsrail münaqişəsinin ədalətli və  sülh yolu ilə həllinə nail olmaq  məqsədi ilə Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir.

Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki bütün məskunsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri