Dek
2018
15:00
141
30
4438
Virtual karabakh

Türk dili Peskova karyera qurmaqda kömək edib

4 Dek, 2018
15:00
4438

Türk dili Peskova karyera qurmaqda kömək edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov türk dilini bilməsi haqqında danışıb.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Peskov bildirib ki, o, ali təhsil müəssisəsinə yalnız ikinci cəhddən sonra qəbul ola bilib və türk dilini deyil, ərəb dilini öyrənmək istəyib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin tələbələri ilə görüş zamanı fiqurlu konkisürən Tatyana Navkanın, yəni onun hazırkı həyat yoldaşının qızı mətbuat katibinə dil seçimi və türk dilinin ona karyera qurmaqda necə kömək etməsi barədə sual verib.

“Mən ikinci cəhddən qəbul ola bildim, mən yaramaz idim”, - deyə Asiya və Afrika İnstitununu bitirmiş D.Peskov bildirib.

Onun sözlərinə görə, qəbul olunduqdan sonra ona deyilib ki, arzuladığı ərəb dilini deyil, türk dilini öyrənməli olacaq.

“O vaxtlar Türkiyə haqqında heç nə bilmirdim. Mənim gözlərimdə bu ölkə belə yadda qalmışdı: 1980-ci ildə valideynlərimlə Aralıq dənizindən qayıdırdıq. İstanbulda dayanmalı olduq və o zaman orada hərbi çevriliş baş vermişdi. Ətraf qorxunc tanklarla, silahlılarla dolu idi”, - deyə Kreml təmsilçisi davam edib.

Lakin türk dilini öyrənməyə başlayandan sonra onun bu ölkəyə münasibəti də dəyişib.

“Sizə burada təkcə bu dildə danışmağa deyil, həmçinin bu ölkə ilə bağlı hər şeyi – mədəniyyəti, ənənənələri də öyrədirlər. Və əgər sən tədrisə ürəkdən sevərək yanaşırsınıza, o zaman bu ölkəni də sevməyə başlayırsan”, - deyə D.Peskov əlavə edib.

Prezidentin mətbuat katibi o dövrlərdə təcrübə qazanmaqla bağlı çətinliklərin olduğunu, lakin üçüncü kursdan etibarən tərcüməçi kimi işlədiyini və türk şirkətləri ilə çalışdığını bildirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri