Ermənistanda təyyarə qəzası: ekipaj üzvləri öldü - YENİLƏNİB
Ermənistanda təyyarə qəzası: ekipaj üzvləri öldü - YENİLƏNİB
Ermənistan Müdafiə Nazirliyi radarlardan itən “Su-25” qırıcısının qəzaya uğradığını açıqlayıb.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı nazirliyin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” hesabında məlumat yayıb.
O bildirib ki, qırıcı Şirak vilayətinin Maralika rayonunda qəzaya uğrayıb. Hadisə zamanı “Su-25” təyyarəsinin ekipaj üzvləri polkovnik Armen Babayan və mayor Movses Manukyan ölüb.
13:15
Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi havaya qalxandan sonra radarlardan itib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təyyarə Gümrü şəhərindəki aeroportdan saat 10:06-da havaya qalxıb. Saat təxminən 10:20-də onunla əlaqə itib.
Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Oxu.Az yeniləndi!