Dek
2018
10:40
11
94
1493
Virtual karabakh

Dünyada 132 milyon insanın humanitar yardıma ehtiyacı var

5 Dek, 2018
10:40
1493

Dünyada 132 milyon insanın humanitar yardıma ehtiyacı var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ildə dünyada ümumilikdə 132 milyon insanın humanitar yardıma ehtiyacı olacaq. 

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lokok keçirdiyi brifinqdə deyib. 

“BMT və beynəlxalq humanitar təşkilatın məqsədi ərzağa, sığınacağa, səhiyyə və təhsil xidmətlərinə ehtiyacı olan 94 milyon insana humanitar yardım göstərməkdir”, - M.Lokok bildirib. 

BMT-nin yaydığı məlumatda qeyd edilib ki, Suriya istisna olmaqla, humanitar yardım göstərmək üçün dünya ictimaiyyəti 21,9 milyard dollar ayırmalıdır, bunlardan dörd milyardı Yəmənə, 900 milyonu isə Arakan və Banqladeşdən olan qaçqınlara verilməlidir. 

Baş katibin sözlərinə görə, Suriya əhalisinə humanitar yardım göstərilməsi üçün dörd milyard dollara yaxın maliyyə lazımdır. Beləliklə, 2019-cu ildə humanitar yardım üçün 25 milyard dollar vəsait ayrılmalıdır. 

Bu ilin noyabrın ortalarına qədər BMT-nin donor ölkələri 13,9 milyard dollar ayırıb ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri