Dek
2018
20:57
45
121
5693
Virtual karabakh

Ukraynada qadın siyasətçi quru aclığa başladı

5 Dek, 2018
20:57
5693

Ukraynada qadın siyasətçi quru aclığa başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı siyasətçi Nadejda Savçenko quru aclığa başladığını elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə bəyanat Savçenkonun “Facebook” səhifəsində yer alıb.

Hazırda istintaq təcridxanasında olan N. Savçenko bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri şantaj və təzyiq metodlarından istifadə edərək onu cinayət işinin materialları ilə tanış olmağa məcbur edirlər.

Əvəzində isə Savçenkoya yaxınları ilə görüşlərin təşkil edilməsi, prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün bank hesabının açılması və elektron açarların bərpası kimi təkliflər irəli sürülür.

Savçenko bildirib ki, siyasi məhbus kimi quru aclığa başlayır və hüquqları tam təmin edilməyənədək mübarizəsini davam etdirəcək.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri