Dek
2018
22:23
236
15
6776
Virtual karabakh

Moskva Paşinyanın katibini anlamadı

5 Dek, 2018
22:23
6776

Moskva Paşinyanın katibini anlamadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Eqoyanın Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin təxirə salınması ilə bağlı xahiş etmədiyi barədə bəyanatı Moskvada təəccüblə qarşılanıb.

Oxu.Az xəbər verir ki, bu barədə tert.am saytının Moskvadakı diplomatik mənbəyə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Ermənistan tərəfi Rusiya və KTMT-nin digər üzvlərinə müraciət edərək sammitin təxirə salınmasını istəyib.

Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Paşinyanın mətbuat katibinin bəyanatının istər forma, istər də məzmunca narahatlıq doğurduğunu bildirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri