6 
Dek
2018
12:40
48
64
3540
yuxarı
ABŞ-dan Kerç böhranına cavab: Hərbi gəmisini Qara dənizə göndərir
6 Dek, 2018
12:40
3540
48
64
ABŞ-dan Kerç böhranına cavab: Hərbi gəmisini Qara dənizə göndərir
ABŞ Kerç boğazındakı böhran səbəbindən Qara dənizə hərbi gəmi göndərə bilər.
Oxu.Az xəbər verir ki, bununla bağlı CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.
ABŞ Silahlı Qüvvələri Dövlət departamentindən hərbi gəminin Qara və Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazından keçəcəyi ilə bağlı Türkiyənin xəbərdar olunmasını xahiş edib.
Bildirilib ki, bildiriş ABŞ donanmasına gəmilərini Qara dənizə göndərmək hüququ verir, ancaq bu hüquqdan istifadə məcburi deyil.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USNS Carson City” (T-EPF 7) desant gəmisi sonuncu dəfə 2018-ci ilin avqustunda Qara dənizə daxil olub.
Oxu.Az yeniləndi!
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək