Dek
2018
16:31
11
187
2626
Virtual karabakh

Karbon qazı tullantıları rekord həddə çatıb

6 Dek, 2018
16:31
2626

Karbon qazı tullantıları rekord həddə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ildə bütün dünya üzrə sənaye müəssisələri atmosferə rekord miqdarda zərərli maddələr tullayıb.

Oxu.Az-ın Life.ru-ya istinadən xəbərinə əsasən, avstraliyalı alimlər bildiriblər ki, 2018-ci ildə karbon qazı tullantılarının həcmi rekord həddə - 37,1 milyard tona çatıb ki, bu da ötən illərlə müqayisədə 2,7% çoxdur.

“Xinhua”nın məlumatına görə, karbon qazı tullantılarının əsas artımı 2014-2016-cı illərdə müşahidə olunub.

BMT-nin İqlim Komitəsinin üzvləri qeyd edirlər ki, bu cür göstəricilər nəinki qorxuncdur, onlar Paris anlaşmasının tamamilə anlamsız olduğunu sübut edirlər.

Qeyd edək ki, Paris müqaviləsinə əsasən, onu imzalamış və ratifikasiya etmiş bütün ölkələr, karbon qazının atmosferə tullanılmasını məhdudlaşdırmalıdırlar.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri