Dek
2018
20:53
259
105
17596
Virtual karabakh

Lukaşenko Putindən üzr istədi - YENİLƏNİB\VİDEO

6 Dek, 2018
20:53
17596

Lukaşenko Putindən üzr istədi - YENİLƏNİB\VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib.

Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Lukaşenko qaz nəqlinin qiyməti ilə bağlı mübahisə zamanı özünü yersiz apardığını bildirib.

“Özü də yaxşı olmayan formada. Odur ki, bundan sonra görüş sahibi qarşısında üzr istəməli oldum. Çox coşqulu izahat oldu, bunu eşitməsəniz yaxşıdır”, - deyə o vurğulayıb.

17.25

Rusiya prezidenti Vladimir Putin və Belarus dövlət başçısı Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Birliyi sammiti çərçivəsində qaza qiymətqoyma məsələlərini müzakirə ediblər.

Oxu.Az “Moskva-Baku” portalına istinadən xəbər verir ki, Lukaşenko qaz istehlakçıları üçün fərqli şərtlərə diqqət çəkib: Belarus istehlakçıları üçün qiymət min kubmetr üçün 130 dollar, Rusiyada sakinləri üçün isə 70 dollardır. 

Putin bu məsələ ilə bağlı deyib ki, Belarus üçün bazar qiyməti hesablansa, bu, 130 dollar deyil, 200 dollar olmalıdır. Rusiya lideri qazın qiyməti məsələsini daha sonra bağlı qapılar arxasında müzakirə etməyi təklif edib. 

Dekabrın 4-də Lukaşenko “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, qazın qiymətləri Belarus müəssisələri arasındakı rəqabətə mane olur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri