14 
İyn
2014
09:20
17
76
6978
Virtual karabakh

İraqda dəhşət: 40 ölü, 30 yaralı

14 İyn, 2014
09:20
6978

İraqda dəhşət: 40 ölü, 30 yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tikritdəki Səddam və Bəcidəki əl-Fətih məscidlərinin də bombalandığı bildirilib.

İraq Hərbi Hava Donanması “İraq Şam İslam Dövləti” (İŞİD) yaraqlılarının ələ keçirdiyi şəhərlərə havadan zərbə endirməyə başlayıb. 

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Səlahəddin əyalətinin mərkəzi şəhəri Tikrit və Bəci rayonunun bombalanması nəticəsində 40 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

Tikritdəki Səddam və Bəcidəki əl-Fətih məscidlərinin də bombalandığı bildirilib.

Məlumata əsasən, İŞİD cümə namazı zamanı həmin məscidlərdəki xalqı tövbə edərək, İraqın baş naziri “Maliki hökumətinin himayəsindən çıxmağa” çağırışı etmişdi.

İraq rəsmiləri baş verənlərlə bağlı açıqlama verməyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri