10 
Dek
2018
11:43
102
38
5605
Virtual karabakh

Rusiyada keçmiş milis işçisi ikinci dəfə ömürlük həbs cəzası aldı

10 Dek, 2018
11:43
5605

Rusiyada keçmiş milis işçisi ikinci dəfə ömürlük həbs cəzası aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrkutsk vilayətinin Anqarsk şəhərində ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş milis işçisi Mixail Popkova bu cəza ikinci dəfə verilib.

Oxu.Az-ın bildirdiyinə görə, bu haqda “İnterfaks” məlumat yayıb.

M.Popkovu xüsusi amansızlıqla törədilən daha 60 qətldə və qadınlara qarşı təcavüzdə, eyni zamanda, 1999-cu ildə milis həmkarının qətlində gühanlandırıblar. Keçmiş asayiş keşikçisini kiçik leytenant rütbəsindən də məhrum ediblər.

İstintaqın məlumatına görə, M.Popkov 1992-ci ildən 2010-cu ilə qədər 84-dən çox qətl törədib. Onun qurbanları 16 yaşdan 40 yaşa qədər olan qadınlar olub.

2015-ci ildə M.Popkov 22 qətldə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin o digər qətllər də törətdiyini boynuna alaraq “Qara delfin” xüsusi rejimli koloniyasına keçidini tezləşdirib.

Yekun iddianamə ilə birlikdə cinayət işinin həcmi 322 cild təşkil edib.

Məhkəmə psixiatrları M.Popkova “homisidomaniya” (öldürmə ehtirası) diaqnozu qoyublar ki, bu da ruhi xəstəlik hesab olunmur.  

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri