11 
Dek
2018
14:00
338
11
3908
Virtual karabakh

Türkiyə yeni hərbi dəniz bazası yaradır

11 Dek, 2018
14:00
3908

Türkiyə yeni hərbi dəniz bazası yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Müdafiə Nazirliyi Trabzonun Qara dəniz sahilində yeni hərbi dəniz bazasının inşasına başlayıb.

Oxu.Az xəbər verir ki, bu haqda Türkiyənin NTV telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

İnşa olunacaq baza Türkiyə hərbi dəniz qüvvələrinin sayca doqquzuncu bazası olacaq. Hazırda Türkiyənin Aralıq dənizində Mersin və İskəndərun, Egey dənizində Akzas və Foç, Mərmərə dənizində Gölcük, Qara dənizdə Ereqli, həmçinin Bosfor və Dardanel boğazlarının sularında (İstanbulda və Çanaqqalada) hərbi dəniz bazaları fəaliyyət göstərir.

Yeni salınacaq bazada 400 hərbçi və 200 mülki mütəxəssisin xidmət edəcəyi bildirilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri