11 
Dek
2018
14:36
101
40
3184
Virtual karabakh

Rusiya “Google”u cəzalandırdı

11 Dek, 2018
14:36
3184

Rusiya “Google”u cəzalandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sferasında Federal Nəzarət Xidməti) “Google” şirkətini cərimələyib.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, buna səbəb axtarış saytının qanuna zidd olan informasiyalara istinadlar (linklər) göstərməsidir.

“Roskomnadzor”un rəhbəri Aleksandr Jarov “Google”ın 500 min rubl məbləğində cərimələndiyini açıqlayıb.

İddiaya görə, sözügedən dövlət orqanı axtarış saytından qanuna zidd informasiyanın olduğu saytlara yönləndirən linklərin kənarlaşdırılmasını tələb etsə də, “Google” buna məhəl qoymayıb və müvafiq qərar çıxarılıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri