11 
Dek
2018
16:01
523
18
23850
Virtual karabakh

Türkiyə Paşinyana şərt qoydu

11 Dek, 2018
16:01
23850

Türkiyə Paşinyana şərt qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.

Oxu.Az-ın xəbərinə görə, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır:

“Azərbaycanın işğal olunmuş əraziləri azad olunmayanadək regionda sabitlik ola bilməz”.

Bundan başqa, o da vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir “soyqırımı” olmayıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri