12 
Dek
2018
09:00
14
46
4980
Virtual karabakh

“Oskar” ərəfəsində böyük qalmaqal

12 Dek, 2018
09:00
4980

“Oskar” ərəfəsində böyük qalmaqal

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Kevin Hartın “Oskar” mükafatlandırma mərasimində aparıcı olmaqdan imtina etməsi ABŞ kinoakademiyasının rəhbərliyini çətin vəziyyətdə qoyub. Yaranmış problemdən çıxış yolu kimi qurum aparıcısız formata keçməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu haqda məlumat “Variety” nəşrində dərc olunub.

Bildirilir ki, alternativ olaraq hazırcavablığı və improvizasiyaları ilə seçilən Cimmi Kimmel, Con Stüart Devid Lettermen kimi tanınmış tok-şou aparıcılarına müraciət etmək imkanı olsa da, akademiya hər an çərçivədən çıxıb, “kəskin” bəyanatlar səsləndirə biləcək aparıcı görmək istəmir.

Habelə tənqidçilər həddən artıq ehtiyatlılığın, mükafatlandırma mərasiminin reytinqlərinin aşağı düşməsinə səbəb olacağını iddia edir.

Xatırladaq ki, bundan əvvəl Kevin Hart səkkiz il əvvəlki qalmaqallı “tweet”lərinin üzə çıxmasından sonra “Oskar” mükafatlandırma mərasimini aparmaqdan imtina etmişdi.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri