12 
Dek
2018
12:04
17
47
5125
Virtual karabakh

Ən çox qazanan yazıçılar məlum oldu

12 Dek, 2018
12:04
5125

Ən çox qazanan yazıçılar məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalı il ərzində ən çox qazanan yazıçılar və onların aldığı qonorarların məbləğini açıqlayıb.

Oxu.Az adıçəkilən nəşrə istinadən xəbər verir ki, 11 qələm adamından ibarət reytinqə müfəttiş Aleks Korss personajı haqqında detektiv roman silsiləsi ilə məşhur olan amerikalı yazıçı Ceyms Patterson başçılıq edir.

Patterson təkcə bir il ərzində 90 milyon dollara yaxın gəlir götürüb.

Britaniyalı milyonçu qadın yazar Coan Roulinq ABŞ-ın “qorxu və triller” janrının kralı sayılan Stiven Kinqi sıxışdıraraq, ikinci yerə yüksəlib. “Harri Poter” franşizasının müəllifi son il ərzində 55 milyon dollar varlanıb.  

Üçlüyü isə Stiven Kinq tamamlayır. Daha çox “O” trilleri hesabına 27 milyon dollar gəlir götürüb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri